18 aprel 2025 22:14
150

YAP Biləsuvar rayon təşkilatı Səmədabad kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib

Aprel ayının 18-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının Səmədabad kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. İclasda YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və ərazi partiya təşkilatının üzvləri iştirak edib.

“İki sahil” xəbər verir ki, hesabat-seçki yığıncağının açılışında Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncağın gündəliyində duran iki məsələ müzakirə olunub. I məsələ ərazi partiya təşkilat sədrinin hesabat məruzəsinin dinlənilməsi, II məsələ isə təşkilati məsələyə baxılması olub.

Gündəlikdə duran I məsələ ilə əlaqədar Səmədabad kənd ərazi partiya təşkilatının sədri Aydın Bəşirov ərazi partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyəti barədə məlumat verdi. O, görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə danışdı. Hesabat ətrafında çıxışlar dinlənilərək ərazi partiya təşkilatının fəaliyyəti qənaətbəxş hesab edildi.

Gündəlikdə duran II məsələ müzakirə edilərək təkliflər dinlənildi. Çıxış və təkliflər dinlənildikdən sonra səsvermə nəticəsində Yusubzadə Murad Vəli oğlu YAP Biləsuvar rayon təşkilatının Səmədabad kənd ərazi partiya təşkilatının sədri, Teymurov Cavid Kamal oğlu isə sədr müavini seçiliblər.

Yığıncaqda çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı Səmədabad kənd ərazi partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyətinə öz münasibətini bildirərək, rayon təşkilatının qarşısında uzunmüddətli səmərəli fəaliyyətinə görə Aydın Bəşirova təşəkkür etdi. Yeni seçilən sədr və sədr müavinini təbrik edərək onlara işlərində uğurlar arzulayaraq, təşkilat üzvlərinin partiyanın fəaliyyətində daha yaxından iştirak etməyə dəvət etdi. K.Qurbanlı müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin müdrik siyasi irsindən, Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin düzgün və məqsədyönlü siyasətindən, Yeni Azərbaycan Partiyasının 2021-ci il 5 mart tarixində keçirilmiş VII Qurultayından sonra partiyanın yeni Proqram və Nizamnaməsi tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışdı. O, çıxışında Səmədabad kənd ərazi partiya təşkilatının partiyanın rayon təşkilatının tapşırıq və tövsiyələrinin operativ qayda da icrasınının təmin olunmasından ötrü tədbirlər görəcəyinə əminliyini ifadə etdi.