18 aprel 2025 13:37
128

Evdən 17 min manatlıq oğurluq olub

Bakının Xətai rayonu ərazisində yerləşən evlərin birindən ümumilikdə 17 min manatdan artıq pul vəsaiti və qızıl-zinət əşyaları naməlum şəraitdə oğurlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 35 yaşlı R.Şirinov və 33 yaşlı R.Abdullayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.