18 aprel 2025 10:51
134

Rusiyalı hokkeyçisi daha bir rekordu təkrarlayıb

"Vaşinqton"un rusiyalı hokkeyçisi Aleksandr Oveçkin 39 və daha yuxarı yaşlı oyunçular arasında NHL-də bir müntəzəm mövsümdə vurulan qol sayı ilə bağlı rekordu təkrarlayıb.

“İki sahil” xəbər verir ki, bu, "Pittsburq"la matçda reallaşıb.

"Pinqivinlər"in 5:2 hesablı qələbəsi ilə başa çatan görüşdə 39 yaşlı hokkeyçi 44-cü qolunu vurub. Bununla da o, 1968/1969 mövsümündə Qordi Hounun müəyyənləşdirdiyi rekordu təkrarlayıb.

Qeyd edək ki, A.Oveçkin NHL-in müntəzəm çempionatları tarixində ən çox qol vuran hokkeyçidir.