Bu gün Azərbaycan 1-ci liqasında 22-ci tura yekun vurulacaq.
“İki sahil” xəbər verir ki, son oyun günündə 2 matç keçiriləcək.
Əvvəlcə 2-ci yerdəki "Karvan" 6-cı sıradakı MOİK-in qonağı olacaq.
Günün maraqla gözlənilən qarşılaşması isə İmişlidə oynanılacaq. Burada 3-cü pillədəki "İmişli" lider "Qəbələ"ni qəbul edəcək.
Sözügedən matç əyalət təmsilçisi üçün həlledici ola bilər. Belə ki, "Qəbələ"nin bu gün 1-ci liqada çempionluğu rəsmiləşdirməsi mümkündür. Hazırda "Qəbələ"nin aktivndə 55, "Karvan"ın aktivində isə 39 xal var. "Karvan" məğlub olarsa, bu gün "Qəbələ" uduzsa belə, çempionluğunu rəsmiləşəcək. Yevlax klubu qalib gələrsə, "Qəbələ"yə də 1-ciliyi təmin etmək üçün qələbə lazım olacaq.
Qeyd edək ki, "Qəbələ" artıq ən az 3-cülüyü və növbəti mövsüm üçün Premyer Liqaya vəsiqəni təmin edib.
1-ci liqa,
22-ci tur
18 aprel (cümə)
16:00. MOİK – “Karvan”
Hakimlər: Alik Yunusov, Mirnihad Seyidov, Nurlan Əhmədzadə, Rövşən Rəcəbov
Binə qəsəbə stadionu
16:30. “İmişli” – “Qəbələ”
Hakimlər: Elvin Bayramov, Rasim Axundov, Asif Abdullayev, Emin Əliyev
Heydər Əliyev adına İmişli şəhər stadionu
17 aprel (cümə axşamı)
“Cəbrayıl” 2–0 “Mingəçevir”
“Bakı Sportinq” 0–1 “Qaradağ Lökbatan”
“Difai” 1–0 “Zaqatala”