U-17 ölkə birinciliyinin 3-cü günündə yunan-roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) təmsilçiləri bu gün də yüksək nəticə göstərərək fərqləniblər.
Belə ki, 60 kq çəki dərəcəsundə Əli Nəzərov qızıl, Qabil Bəşirov isə bürünc medal qazanıblar. AHİİTA-nın digər təmsilçisi Amin Nəsibov 92 kq çəki dərəcəsində bürünc medal əldə edib.
AHİİTA güləşçiləri və onların məşqçilərini təbrik edir, gələcək yarışlarda daha böyük uğurlar arzulayır.