16 aprel 2025 16:44
191

Ançelotti: Mən Ronaldo kimi futbolçu görməmişəm

"Real"ın baş məşqçisi Karlo Ançelotti sabiq futbolçusu, hazırda "Əl-Nəsr"in formasını geyinən Kriştiano Ronaldodan danışıb.

“İki sahil” xəbər verir ki, o, 40 yaşlı hücumçunun ünvanına xoş sözlər səsləndirib: 

"Ronaldo fiziki və texniki cəhətdən böyük istedaddır. Onun təbiəti belədir. Ronaldo bu xüsusiyyətləri özünəməxsus ciddilik və peşəkarlıqla tamamlayırdı. Mən belə diqqətli, hazırlıqlı və konsentrasiyalı futbolçu görməmişdim. O, əlbəttə ki, hazırlıq baxımından başqaları üçün nümunədir".

Qeyd edək ki, Ronaldo 2009-2018-ci illərdə "Real"da oynayıb. Ançelotti isə 2013-2015-ci illərdə Madrid təmsilçisini çalışdırıb və 2021-ci ildə yenidən kluba qayıdıb.