15 aprel 2025 17:25
112

Azərbaycanda yaxın 5 ildə orta illik inflyasiyanın 4 %-dən aşağı olacağı gözlənilir

Azərbaycanda baza ssenaridə cari il üzrə 5,1 % proqnozlaşdırılan orta illik inflyasiyanın tədricən azalaraq 2029-cu ildə 3,8 % olacağı gözlənilir.

“İki sahil” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.

Sənədə əsasən, bu proqnozu İqtisadiyyat Nazirliyi beynəlxalq təşkilatların ərzaq və əmtəə qiymətləri ilə bağlı proqnozlarını, manatın məzənnəsinin sabitliyini, tənzimlənən qiymətlərin artırılmaması fərziyyəsini, eləcə də antiinflyasiya tədbirlərini nəzərə alaraq hazırlayıb.