15 aprel 2025 13:57
199

Zərifə Əliyevanın apardığı tədqiqatlar Azərbaycan tibb elminin parlaq səhifəsidir

Zərifə Əliyeva 28 aprel 1923- cü ildə həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açmışdır.Zərifə xanım 1932-1942 –ci illərdə orta məktəbdə təhsil almışdır.1942 –ci ildə Azərbaycan Dövlət Tibb İnstitutununun müalicə -proflikatika fakültəsinə daxil olub.1949-1950-ci illərdə Azərbaycan  Elmi-Tədqiqat oftalmologiya İnstitutunda elmi işçi ,1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkminlləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti , professor,1982-1985-ci illərdə görmə orqanlarının peşə patologiyası loboratoriyasının müdiri,oftalmologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Oftalmologiya sahəsində bir sıra qiymətli tədqiqatlar aparmışdır.1960-cı ildən tibb elmləri  namizədi,1977- ci ildən tibb elmləri doktorudur. Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı olan Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi,oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngindir ki,onun fəaliyyətinə nəzər salarkən dahi bir şəxsiyyət olması qənaətinə gəlmək olar. Zərifə xanımın yaşadığı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir alim, həkim üçün müdriklik məktəbidir. Onun elmi, tibbi fəaliyyəti haqqında çoxlu məqalə və əsərlər yazılıb.

Zərifə xanım Əliyevanın oftalmologiyanın müxtəlif sahələrində apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Bu gün bütün səviyyələrdə etiraf olunur ki, akademik Zərifə xanım Əliyeva bir sıra göz xəstəliklərinin müalicəsinə ,o cümlədən,Azərbaycanda troxomanın kökünün kəsilməsinə böyük əmək sərf etmişdir.Alimin elmi fəaliyyətinin istiqamətlərindən biri gözün oftalomoloji,histomikroskopik və histokimyəvi tədqiqinə həsr edilmişdir. Bu istiqamətdə apardığı elmi təqdidat işlərinin nəticələri onun “Yaşla əlaqədar gözün və görmə sinir yollarının dəyişməsi”, ”Gözün hidrodinamik sisteminin anatomo –fizioloji xarakteristikası” adlı monoqrafiyalarında geniş şəkildə öz əksini tapmışdır.Akademik Zərifə Əliyeva keçmiş SSRİ –nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmlər Akademiyasının M.İ,Averbox adına mükafatına layiq görülmüşdür.

Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə novator bir alim idi. O, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə xüsusi diqqət yetirmişdir. Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında tarixi sözlər demişlər. Moskva oftalmoloji məktəbi Zərifə xanımı “oftalomologiyanın mirvarisi”adlandırırdı.

1985 - ci il aprel ayının 15- də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Nova –Deviçye qəbirstanlığından Bakıya gətirilərək,Fəxri xiyabanda ,atasının qəbri yanında dəfn olunmuşdur.Unudulmaz alim Zərifə xanım xalqımız tərəfindən ehtiramla yad olunmağa layiqdir.

Asəf Həziyev,
Heydər Əliyev adına liseyin tarix müəllimi