15 aprel 2025 10:16
123

Mbappe həmyerlisinin "Real"a transfer olunmasını xahiş edib

Fransa millisinin futbolçusu Kilian Mbappe İspaniyanın "Real" klubunun rəhbərliyindən İngiltərə təmsilçisi "Arsenal"da çıxış edən Uilyam Salibanın transferi ilə bağlı danışıqlara başlamağı xahiş edib.

“İki sahil” "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, hücumçu həmyerlisinin yay transfer dönəmində heyətə cəlb olunmasını istəyir.

"Kral klubu" bu keçidin baha başa gələcəyindən çəkinir. Müdafiəçinin bazar dəyəri 80 milyon avrodur və onun "topçular"la müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir.

Londonlular bu transfer üçün təxminən 100 milyon avro tələb edəcək.

Qeyd edək ki, Uilyam Saliba cari mövsüm 43 oyunda meydanda olub və 2 qol vurub.