15 aprel 2025 10:10
145

İsrailin Qəzzaya son hücumları nəticəsində 15 nəfər ölüb

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində azı 15 nəfər həlak olub.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə Qətərin “Al-Jazeera” telekanalı məlumat yayıb.

Bildirilib ki, son zərbələr fələstin anklavının şimal və cənubundakı çadır düşərgələrinə endirilib.

Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək anklava kütləvi zərbələr endirib və bununla da bu ilin yanvarında yaradılmış atəşkəs rejimini pozub.