14 aprel 2025 13:00
273

Növbəti torpaq hərracı - DİQQƏT

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) mayın 14-də növbəti dəfə torpaq hərracı keçirəcək.

“İki sahil” bu barədə quruma istinadla xəbər verir.

Məlumata görə, hərraclar ƏMDX-nın Sumqayıt, Neftçala, Saatlı, Sabirabad, Tovuz, Xaçmaz, Şabran, Füzuli, Cəlilabad, Masallı, Şamazı və Zaqatalada yerləşən ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 21 torpaq sahəsi çıxarılacaq.

Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.