28 aprel 2025 16:46
106

Gürcüstanda Zurabişvilinin həbsi tələb edilir

Gürcüstanın Rusiyayönlü parlamentdənkənar “Sülh Naminə Həmrəylik” partiyasının liderləri ölkə prokurorluğuna rəsmi bəyanat təqdim edərək, cinayət işinin açılmasını və ölkənin keçmiş prezidenti Salome Zurabişvilinin dövlət çevrilişinə hazırlıq ittihamı ilə həbs olunmasını tələb ediblər.

“İki sahil” xəbər verir ki,  bu barədə aprelin 28-də “İnterpressnews” agentliyi bu addımın televiziya kameraları qarşısında nümayişkaranə şəkildə atıldığını qeyd edib.

Müraciətə səbəb rusiyalı prankerlər Vovan və Leksusun səs yazıları olub ki, bu da iddiaçıların fikrincə, Gürcüstanda dövlət çevrilişinin hazırlanmasını təsdiqləyir.

Vovan və Lexus tərəfindən yayımlanan səsyazmasında prankerlər Zurabişvili ilə rusiyalı müxalifət lideri Qarri Kasparovun adından danışırlar. Söhbət zamanı Tbilisidəki etiraz aksiyaları, onlarda maskalı təhlükəsizliyə dəstək qruplarının iştirakı, Amerikanın xarici siyasəti, medianın və gürcü QHT-lərinin maliyyələşdirilməsi, Abxaziyadakı vəziyyət müzakirə edilib.

Partiyanın liderlərindən biri Mixail Jgenti jurnalistlərə deyib: “Biz hesab edirik ki, bu materiallarda cinayət tərkibi var".