Qırğızıstanın Çuy vilayətində naməlum şəxslər Avropadan gələn turistləri daşıyan qatara daş atıblar.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırma aparır.
Məlumatda bildirilir ki, hadisə aprelin 8-də saat 22:00 radələrində Kant-Ələmədin keçidində baş verib. Balıqçı şəhərindən (İssık-Kul bölgəsi) səyahət edən avropalı turistlərin olduğu qatar naməlum şəxslər tərəfindən daşqalaq edilib, şüşələri sındırılıb.