11 aprel 2025 14:31
150

Trampa sui-qəsd cəhdi ilə bağlı yeni ittihamlar irəli sürülüb

ABŞ-ın Florida ştatının baş prokuroru Ceyms Uthmeyer Donald Trampa qarşı sui-qəsddə şübhəli bilinən Rayan Routun qətlə cəhd və terrorizmdə ittiham edildiyini bildirib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu ittihamlar üzrə təqsirli bilinərsə, onu ömürlük həbs cəzası gözləyir.

“Keçmiş prezidentin və prezidentliyə aparıcı namizədin həyatına qəsd etmək cəhdi sadəcə bir şəxsə qarşı hücum deyil, bu, respublikaçı idarəetmə formasına və bizim ortaq Amerika dəyərlərimizə qarşı siyasi hücumdur”, - deyə, Uthmeyer bildirib.