11 aprel 2025 14:25
141

İstanbuldakı kimyəvi maddələr anbarında yanğın olub

İstanbulun Başakşehir rayonundakı İkitelli Sənaye zonasında yerləşən kimyəvi maddələr anbarında yanğın başlayıb.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, qısa müddətdə ətrafı tüstü dumanı bürüyüb. Yanğın yaxınlıqdakı avtomobillərə də yayılıb.

Bir neçə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Əraziyə çox sayda yanğınsöndürən və polis əməkdaşı cəlb edilib. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb. Yaxınlıqdakı yanacaq anbarı da yanğından mühafizə olunub.

Yaxınlıqdakı insanlar təhlükəsiz yerə təxliyə edilib. Zərərçəkənlərlə bağlı məlumat hələ ki, yoxdur.