11 aprel 2025 14:13
142

"Le Figaro": Fransa ordusu Rusiyaya qarşı hərbi əməliyyatlar planlaşdırır

Fransa Silahlı Qüvvələri NATO ilə Rusiya arasında toqquşma olacağı təqdirdə Rumıniya, Ukrayna və Moldova sərhəddindəki ərazinin xəritəsini tərtib edir.

“İki sahil” xəbər verir ki,  bu barədə "Le Figaro" yazır. 

TASS polkovnik Guillaume Schmidtdən sitat gətirir: “Yerdə əvvəlcədən müəyyən edilmiş nişangahların köməyi ilə qüvvələr öz yerlərini dəqiq müəyyən edə və döyüş tapşırıqlarını yerinə yetirə biləcəklər".

Fransız hərbi zabit Jerome əlavə edib ki, müttəfiqlərin gözlənilən döyüş sahəsi haqqında yenilənmiş məlumata ehtiyacı var.

Nəticədə hərbçilər ərazinin üçölçülü xəritəsini tərtib ediblər.

Bundan əvvəl Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot demişdi ki, Avropa liderləri Rusiya əleyhinə çıxış edərək tam xaos istəyirlər.