10 aprel 2025 23:20
197

AHİİTA boksçularından möhtəşəm nəticə

Zlatiborda keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında Azərbaycan yığması uğurla çıxış edir.

“İki sahil” xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) üzvləri olan Rəsulov Mehran (75 kq) və Ağakişiyev Yusif (80 kq) boks idman növü üzrə turnirin final mərhələsinə yüksəliblər.

Onlar bu nəticə ilə artıq ən azı gümüş medalı təmin ediblər və qızıl medal uğrunda döyüşməyə hazırlaşırlar.

Finalda hər iki idmançıya uğurlar arzulayıq.