10 aprel 2025 14:24
202

Qapıçı ilə toqquşan futbolçu vəfat edib

Peruda 21 yaşlı futbolçu Helar Qonsales Altamirano matç zamanı qapıçı ilə toqquşmadan sonra faciəvi şəkildə vəfat edib.

“İki sahil” “Mirror”a istinadla xəbər verir ki, hadisə ölkə kuboku matçında yaşanıb.

“Real Titan”ın formasını geyinən futbolçu “Defensor” komandası ilə matçın 70-ci dəqiqəsində rəqib qapıçı ilə toqquşaraq başından ağır zədə alıb. Xəstəxanaya çatdırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun ölümünə başındakı damarın yırtılmasının səbəb olduğu bildirilib.