10 aprel 2025 10:23
171

Malayziyanın XİN başçısının müavini Bakıya səfər edəcək

Malayziyanın xarici işlər nazirinin müavini Datuk Mohamad Alamin aprelin 14-də Bakıya səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə “Report” mənbələrə istinadən xəbər verir.

Danışıqlar çərçivəsində tərəflər ikitərəfli münasibətlərin bütün spektrini - siyasi və iqtisadi münasibətlərdən konsulluq və humanitar məsələlərə qədər - iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsini müzakirə edəcəklər.

Qurumların nümayəndələri həmçinin aktual regional və qlobal məsələlər barədə fikir mübadiləsi aparacaq, tərəfdaşlığın inkişafına və müntəzəm məsləhətləşmələrin davam etdirilməsinə sadiqliklərini təsdiqləyəcəklər.

Məlumata görə, səfər aprelin 16-na kimi davam edəcək.

Səfər çərçivəsində o, Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovla birlikdə ikinci Malayziya-Azərbaycan siyasi məsləhətləşmələrə həmsədrlik edəcək.

"Bakıya səfər Malayziya-Azərbaycan münasibətlərinin müsbət dinamikasını əks etdirir. Bu münasibətlər isə yüksək səviyyəli səfərlər və mübadilələr hesabına güclənir. Bundan əlavə, ölkəyə səfər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsinə səy göstərildiyini nümayiş etdirir", - məlumatda bildirilib.