09 aprel 2025 22:33
243

Tramp 75 ölkəyə tarif tətbiqini 90 günlük dayandırıb

ABŞ Prezidenti Donald Tramp 75 ölkəyə tarif tətbiqinə 90 günlük fasilə verib.

“İki sahil” xəbər verir ki, o, qərarın dərhal qüvvəyə mindiyini bildirib. Tramp deyib ki, bu ölkələr ABŞ-ın nümayəndələrini, o cümlədən Ticarət və Xəzinədarlıq Departamentlərini və ABŞ Ticarət Nümayəndəliyini ticarət maneələri, tariflər, valyuta manipulyasiyası və qeyri-monetar tariflərlə bağlı müzakirəyə çağırıb.

ABŞ Prezidentinin sözlərinə görə, onun rüsum tətbiqi ilə bağlı qərarlarına baxmayaraq həmin ölkələr ABŞ-a qarşı cavab tarifi tətbiq etməyib. Bu səbəbdən Tramp həmin ölkələrə tarif tətbiqini 3 ay dayandırıb və tariflərin 10 faiz azaldılması barədə qərar verib.