08 aprel 2025 23:47
200

Dominikanda gecə klubunda ölənlərin sayı 44 nəfərə çatıb

Dominikan Respublikasında gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə ABC ölkənin müdafiə idarəsinə istinadla məlumat yayıb.

“Paytaxt Santo-Dominqoda yerləşən “Jet Set” gecə klubunda azı 44 nəfər ölüb və 160 nəfər yaralanıb”, – məlumatda deyilir.