Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılıb.
“İki sahil” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.
Dəyişikliklə Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70-dən 75-ə artırılıb.
Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edir.
Azər Məmmədov: Erkən xəbərdarlıq, erkən diaqnostika və operativ müdaxilə vahid sistem kimi işləməlidir
Süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxslər ifşa olunub