07 aprel 2025 18:49
105

BMT: Azərbaycanın minalarla mübarizəsinin aktuallığını qəbul edirik

Aralarında azyaşlı uşaqlar da olmaqla 4 nəfərin ağır yaralanması ilə nəticələnən mina hadisələri ilə bağlı son xəbərlər biz kədərləndirdi.

“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin “X” hesabındakı paylaşımda deyilir.

"Nümayəndəlik davamlı inkişaf üçün ilkin şərtlərdən biri kimi minalarla mübarizənin aktuallığını qəbul edir və bu sahədə Azərbaycana dəstəyini davam etdirməyə hazırdır", - paylaşımda bildirilib.