Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin ediləcək.
“İki sahil” xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılacaq.
İclasda M.Ə.Əliyevin adıçəkilən məhkəməyə hakim təyin edilməsi məsələsinə baxılacaq.
Həmçinin Bakı, Sumqayıt, Şəki və Şirvan Apellyasiya Məhkəmələrinə hakimlərin təyin və vəzifədən azad edilməsi də iclasın gündəliyində yer alıb.
Azər Məmmədov: Erkən xəbərdarlıq, erkən diaqnostika və operativ müdaxilə vahid sistem kimi işləməlidir
Süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxslər ifşa olunub