07 aprel 2025 01:55
169

Xaçmazda qadın qətlə yetirilib

Xaçmazda qətl hadisəsi törədilib.

Hadisə Xaspoladoba kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Məmmədova Yaqut Bayram qızı kəsici alətlə boğaz nahiyəsindən xəsarət alaraq qətlə yetirilib.

Ona xəsarət yetirməkdə həyat yoldaşı A.Məmmədov şübhəli bilinir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar aparılır.

"Report"