Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Ağsu–Kürdəmir yolunun Qaraqocalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Minik avtomobili Ağsu istiqamətində hərəkətdə olarkən qarşısında dönmə əməliyyatı edən yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan sürücü və iki sərnişin müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüblər. Faktla bağlı araşdırma aparılır.
AZƏRTAC
Azər Məmmədov: Erkən xəbərdarlıq, erkən diaqnostika və operativ müdaxilə vahid sistem kimi işləməlidir
Süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxslər ifşa olunub