Vətən müharibəsindən sonra Azərbaycanda 388 şəxs mina terrorunun qurbanı olub.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Qeyd edilib ki, ümumilikdə post-münaqişə dövründə 70 nəfər həlak olub. Onlardan 55-i mülkü şəxs, 15 nəfəri isə hərbi qulluqçudur.
Eyni zamanda 318 nəfər xəsarət alıb ki, onlardan 149 nəfəri mülkü şəxs, 169 nəfəri isə hərbçidir.
Son bir ayda Dövlət Məşğulluq Agentliyi 1700-dək şəxsi peşə kurslarına cəlb edib
Sumqayıtda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib