Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Füzuli rayonunun Əhmədbəyli kəndində fiziki şəxs Məhərrəmov Nazim Eyvaz oğluna məxsus “Banu Palace” şadlıq evində yoxlama aparıblar.
Agentlikdən "İki sahil"ə verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə obyektində qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativlərə cavab vermədiyi aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Son bir ayda Dövlət Məşğulluq Agentliyi 1700-dək şəxsi peşə kurslarına cəlb edib
Sumqayıtda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib