19 mart 2025 00:28
78

Zatulinin zənciri kimin əlindədir?..

Günün nəbzi

Gorbagor Jirinovski bu zatıqırığın yanında toya getməli imiş

Adam nə dərəcədə  abırsız, həyasız olmalıdır ki, qapıdan qovanda  pəncərədən soxulsun, pəncərəni qapadanda isə şişman bədənini bacaya pərçim edib düz evin ortasında peyda olsun. Hələ biz bu  adamabənzər məxluqun “morda”sının (sifətinin)  sağ tərəfinə tüpürəndə heç nə olmamış kimi üzünün sol nahiyəsini, soluna tüpürəndə sağını çevirməsini demirik.  Söhbət, əlbəttə, sümsük  köpək kimi erməni qapısında sülənməyi özünə  şərəf bilən Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası  və həmvətənlərlə əlaqələr üzrə Komitəsi sədrinin birinci  müavini Konstantin adlı, Zatulin (zatıqırıq demək daha doğru olar) soyadlı əbləhdən gedir. O əbləhdən ki, artıq iki ildir Ermənistanda “persona non-qrata” elan olunub və onun bu ölkəyə girişi tamamilə  yasaqlanıb. Amma  nə olsun. Nə etsən də it sümsüklüyündən əl çəkən deyil axı. Gecə-gündüz sadiq köpək kimi qapısında üzü Azərbaycan və Türkiyə istiqamətinə hürdüyü ermənilər bu sırtıq-maçanın nə qədər sinəsindən itələyib özlərindən uzaqlaşdırmağa çalışsalar da onlara sədaqətini nümayiş etdirmək üçün dəridən-qabıqdan çıxmaqda davam edir.  İki ayağını bir başmağa dirəyib deyir ki, canım-gözüm, şirin sözüm ermənilər, sizi sevəcəyəm, siz sevməsəniz də...

Bəlkə də  ağa-nökər  münasibətlərində dərin çatların yaranmasının ilk çağlarında, xüsusilə vətənsiz ermənilərin  onlara  Cənubi Qafqazda yoxdan bir “vətən” düzəltmiş keçmiş  ağalarının  üzünə ağ olmasından sonra nəinki bu əbləbin şər-böhtanlarının tək ünvanı  Azərbaycanda, hətta Rusiya cəmiyyətində də əksəriyyət Konstantin Zatulin kimilərdən bu dərəcədə riyakarlıq, abırsızlıq, həyasızlıq, yaramazlıq  gözləmirdi. Əksinə, Ermənistanın və erməni toplumunun tarix boyu vassalı olduğu Rusiyaya qəflətən arxa çevirib Qərbdə yeni “ağa” axtarışına çıxması ilk növbədə Zatulinin və  Zatulin kimilərin heysiyyatına toxunmalı idi. Ən azı o səbəbdən ki, qatı şovinist baxışları və imperiya təfəkkürü  hamıya yaxşı məlum olan  bu üzdəniraq  tip haylar köhnə ağalarının üzünə ağ olana  qədər yeri gəldi, gəlmədi bütün platformalarda özünün erməni təəssübkeşliyini, antitürk, anti-Azərbaycan mövqeyini vassallarının rus xalqına və Rusiya dövlərinə sadiq köpək itaətkarlıqları ilə əsaslandırmağa çalışırdı. Rusiyanın aparıcı qanunverici orqanında yüksək vəzifə tutan, bir qayda olaraq  bu ölkənin dövlət telekanallarında yayımlanan siyasi tok-şouların “ulduz”una çevrilən Konstantin Zatulin bütün sayıqlamalarında bəyan edirdi ki,  erməni xalqı Cənubi Qafqazda görən gözümüz, danışan dilimiz, eşidən qulağımızdır: “Biz tarix boyu bu regionda həyata keçirdiyimiz siyasətdə ermənilərə  arxalanmışıq, bundan sonra  bu xətti davam etdirməliyik.”

İndi bu görən göz, danışan dil, eşidən qulaq  keçmiş ağasına dirsək göstərir.  Başqa sözlə, Zatulinin əcdadlarının və özü də daxil olmaqla müasirlərinin  bir zamanlar qoyunlarında bəsləyib ətə-qana gətirdikləri xəyanətkar toplumun bu gün  İrəvanın küçə və meydanlarında rus xalqını, Rusiya dövlətini aşağılayan, alçaldan şüarlar səsləndirməsindən, onun dövlət bayrağını ayaqlar altına atıb yandırmasından, keçmiş ağalarını “işğalçı”, “təcavüzkar”, “erməni xalqının düşməni” adlandırmasından, hətta Ermənistan adlı morionet dövlətin Beynəlxalq Cinayət Məhkəməsinin Prezident Vladimir Putinin həbsinə yol açan Roma Statusunu  ratifikasiya etməsindən sonra da ermənilər üçün “timsah göz yaşları” axıtmağın yalnız bir adı var: riyakarlıq! Axı, bu “timsah göz yaşları”  axıdan hansısa əldəqayırma olsa belə müxalifət təmsilçisi deyil,  Dövlət Dumasında hakim “Yedinaya Rossiya” Partiyasının deputat fraksiyasının üzvü, parlamentin nüfuzlu komitələrindən birinin sədrinin birinci müavinidir.

Bu zatıqırıq əbləhdən soruşan gərəkdir ki, ikinci şəxsi olduğun komitənin səlahiyyət dairəsinə daxil olan xarici ölkələrdəki həmvətənlərlə əlaqələri ünvanına dili boğaza qoymadan  fasiləsiz tərif yağdırdığın Ermənistana şamil etmək üçün orada nümunə üçün heç olmasa bir rus tapa bilərsənmi? Təbii ki, tapa bilməz. Bəs belə olduğu halda bu zatıqırıq nədən başından böyük qələt edib səlahiyyət həddini aşır. Vəzifəsinə aid olmayan məsələlərə, daha dəqiq desək, hazırda Bakı  Hərbi Məhkəıməsində mühakimə edilən  Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarını cidd-cəhdlə  müdafiə edir. Hətta  utanıb-qızarmadan, abır-həya etmədən artıq bütün dünya ictimaiyyətinin, o cümlədən təmsilçisi olduğu Rusiya hakimiyyətinin separatçı-terrorçu kimi tanıdıqları şəxsləri  “müstəqil artsax respublikasının liderləri”, “hərbi əsirlər” adlandırır, ağzı köpüklənə-köpüklənə Azərbaycanı “artsaxı işğal” etməkdə, “tarixi erməni maddi-mədəniyyət abidələri”ni özününküləşdirməyə cəhd göstərməkdə günahlandırır.

Diqqət edin, görün bu “ artsax sevdalısı” sarsaq  nə çərənləyir: “Bu gün biz Azərbaycanın qədim erməni mədəniyyətinə, o cümlədən  Dağlıq Qarabağdakı tarixi erməni maddi-mədəniyyət abidələrinə sahib çıxmaq cəhdlərinin şahidi oluruq. Azərbaycanlılar ermənilərə məxsus V-XII əsrlərə aid olan  monastrları, kilsələri və digər maddi-mədəniyyət nümünələrini alban abidələri hesab etməklə faktiki olaraq onlara sahib çıxmağa çalışırlar. Halbuki, V-XII əsrlərdə  nəinki bu ərazilərdə azərbaycanlılar yaşamırdılar, hətta o zaman onlar bir xalq kimi mövcud deyildilər. Doğrudur, sonralar bu ərazilərdə ermənilərin qonşuluğunda, hətta ermənilərlə birgə  azərbaycanlılar da yaşamışlar. Lakin azərbaycanlılar artsaxa bu ərazinin köklü sakinləri olan  ermənilərdən xeyli sonralar gəlmişlər... Ümumiyyətlə, bu gün biz Cənubi Qafqazda gedən prosesləri, xüsusilə  Bakıda artsax liderlərinə qarşı qurulmuş məhkəmə tamasasını sadəcə bir müşahidəçi kimi kənardan seyr edə bilmərik. Qəti tədbirlər görməyin zamanıdır.”

Bu sərsəmləmədə yer alan bütün absurd, realıqdan tamamilə uzaq ittihamaların məsuliyyətini Zatulinin olmayan vicdanının öhdəsinə buraxaraq nankor əhləhə yalnız bir tarixi həqiqəti xatırlatmaqla kifayətlənirik. “Həmin vaxt azərbaycanlılar bir xalq kimi mövcud olmayıblar” dediyin XII əsrdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin həmişəyaşar poeziyası dünyanı fəth edəndə sənin əcdadların hələ də taxta çəlləkdə çimirdilər. Bu, sizin tarixçilərin də etiraf etdikləri danılması mümkün olmayan həqəqətdir! Bax, belə! Əslində Azərbaycana qarşı bu iftiraları, böhtanları özlərini Rusiya hakimiyyətinə müxalif  adlandıran, reallıqda isə Kremldən idarə edilən qüvvələrdən biri atsaydı bəlkə də əhəmiyyət verməyə dəyməzdi. Uzaq başı  “it hürər, karvan keçər” deyib üstündən sükutla keçmək  olardı. Lakin absurd olduğu qədər də əsassız olan bu iftiraların, şər-böhtanların Rusiyanın ali qanunvericilik orqanında hakim partiyanı təmsil edən, parlamentdə yüksək vəzifə daşıyan birisinin dilindən bəyan edilməsi belə bir sualın yaranmasına səbəb olur: Azərbaycana və Türkiyəyə qarşı hədyanları, böhtanları, iftiraları bitib-tükənmək bilməyən Zatulinin zəngiri kimin əlindədir?

Yeri gəlmişkən, belə görünür ki, Zatulinə qədər Rusiyanın şovinist-millətçi kəsiminin lideri hesab edilən, “rus əsgəri çəkmələrini Hind okeanının sahillərində yumalıdır” deyən, həyatı boyu qatı anti-Azərbaycan, anti-Türkiyə baxışları ilə fərqlənən gorbagor Vladimir Jirinovski xələfi  Zatulinə baxanda, necə deyərlər, toya getməli imiş. Heç olmasa Jirinovski Azərbaycan və Türkiyəyə qarşı hücuma keçəndə hərdənbir görüntü xatirinə ermənilərə də kəllə atırdı. Əlbəttə, belə epizodlar Jirinovskinin dədəsi Volfa (?!) rəhmət oxutması  üçün kifayət deyil (ümumiyyətlə, jirinovskilərin, zatulinlərin, solovyovların və digər qatı millətçi-şovinist ovların, yevlərin  nəiniki atalarına, hətta yeddi arxa dönənlərində bircə nəfərə də rəhmət düşmür), amma hər halda o, aradabir Hayastana Rusiyanın nökəri olduğunu xatırlatmağı bacarırdı. Zatıqırıq Zatulin isə bu gün özünü və təmsil etdiyi Rusiya kimi nəhəng bir  dövləti keçmiş vassalının qarşısında rəzil vəziyyətə salmaqda davam edir. Bu qədər sadə və bu qədər anlaşıqlı... 

Əhməd Qurbanoğlu, “İki sahil”