Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri" müsabiqəsi elan edib.
“İki sahil” xəbər verir ki, kino sənayesinin dəstəklənməsi, yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədəki özəl sektorun dəstəklənməsi məqsədilə keçiriləcək müsabiqə bədii film, bədii-sənədli, sənədli, animasiya, uşaq filmləri və tələbə filmləri istiqamətlərini özündə əks etdirəcək. Bu müsabiqədə tələbə filmləri də prodüser mərkəzləri tərəfindən təqdim olunmalıdır.
Müsabiqədə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və kinematoqrafiya sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin Azərbaycan dilində təqdim etdiyi film layihələri iştirak edə bilər.
Müraciətlərin qəbulu https://arka.culture.az saytı vasitəsilə 15 aprel 2025-ci il tarixindən həyata keçiriləcək.
Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır
MEMİM-in “Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib
Naxçıvan Dövlət Kukla Teatrı III Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək