Azərbaycan hər zaman torpaqlarının azad olunmasına, şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır.
“İki sahil” xəbər verir ki, bu sözləri "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev "Global Media Group" ilə "Report" İnformasiya Agentliyinin Vətən müharibəsi və anti-terror əməliyyatlarının növbəti ildönümü ərəfəsində "Vətən daşı" sənədli filminin təqdimatında deyib. Direktor qeyd edib ki, Vətən müharibəsi və anti-terror tədbirlərində Azərbaycan xalqının fədakarlığı, ordunun şücaəti və Ali Baş Komandanın liderliyi barədə bu kimi layihələr mütəmadi olmalıdır. Fuad Hüseynəliyev həmçinin "Global Media Group"un rəhbəri Elnur Abdullayevə belə layihələrin təşkilində yaxından iştirak etməsi və dəstəyinə görə təşəkkür edib.
"Report" İnformasiya Agentliyinin baş redaktoru Namiq Mayılov isə filmin nümayiş vaxtının təsadüfi seçilmədiyini bildirib. O sabah şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun anım günü olduğunu qeyd edib.
Namiq Mayılov artıq münaqişə və müharibə anlayışlarının arxada qaldığını, hazırda bölgədəki bərpa-quruculuq işlərinə diqqət çəkib: "Bu gün artıq Qarabağdayıq, Qarabağa qayıtmışıq, bərpa-quruculuq işləri həyata keçiririk. Bir sözlə, indi Qarabağda dirçəliş mərhələsindəyik. Biz də "Vətən daşı" filmimizdə Azərbaycanı dövlət olaraq bir ailə kimi, onun hekayəsi kimi təqdim etməyə çalışmışıq".
Şəhid Əkrəm Şadmanovun atası Yunus Şadmanov da öz növbəsində layihədə əməyi keçənlərə təşəkkür edib.
O qeyd edib ki, Azərbaycan xalqı yaşadıqca, inkişaf etdikcə, Qarabağı yenidən qurduqca şəhidlərin ruhu şad olacaq.
MEMİM-in “Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib
Naxçıvan Dövlət Kukla Teatrı III Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək