13 mart 2025 15:41
123

Putin-Lukaşenko görüşü üçün rekord sayda jurnalist akkreditə olunub

Rusiya və Belarus liderləri Vladimir Putin və Aleksandr Lukaşenkonun Kremldəki görüşü üçün rekord sayda jurnalist, o cümlədən Çin və Hindistanın aparıcı qlobal agentliklərinin və media orqanlarının nümayəndələri akkreditə olunub.

“İki sahil” xəbər verir ki,  bu barədə “Kommersant” məlumat yayıb.

“Hamı Vladimir Putinin təmas xəttində atəşkəs və sülh danışıqlarının mümkünlüyü ilə bağlı şərhini gözləyir"- deyə, məlumatda qeyd olunur.

Gözlənilir ki, iki prezident arasında görüş Moskva vaxtı ilə saat 14:00-dan tez başlamayacaq, bundan sonra geniş tərkibdə danışıqlar olacaq, daha sonra tərəflər nahara gedəcək və yalnız bundan sonra mətbuat konfransı gözlənilir.

Qəzetin yazdığına görə, hər tərəfdən üç sual gözlənilir.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinin necə aparılmasının yaxşı düşünülmüş variantları üzərində işləyir.