Biz ilk baxışda çağırışlara diqqət yetirməliyik. Mənim vəzifəyə başladığım ilk beş ilin əvvəli COVID-19 pandemiyası dövrünə təsadüf etdi. Bu da müxtəlif çətinliklərə gətirib çıxardı. O zaman qərarların qəbul edilməsi asan deyildi. Həmin illərdə peyvəndlərin vaxtında çatdırılmasına çalışırdıq. Daha sonra Rusiya-Ukrayna müharibəsi başladı. İlk olaraq Ukraynaya kömək etməyə çalışdıq.
“İki sahil” xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel iclasda çıxışı zamanı Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel deyib.
Ş.Mişel deyib: “Biz çoxqütblü dünyaya hərtərəfli dəstəyimizi göstərməliyik. Avropalılar özlərinə heç vaxt olmadığı qədər inamla yanaşmalıdırlar. Biz birləşdiyimiz zaman güclü olarıq. Çünki bu bizim gələcəyimizlə bağlıdır".