12 mart 2025 22:56
121

YAP Bərdə rayon təşkilatının yaradılmasından 32 il ötür

YAP Bərdə rayon təşkilatının yaradılmasının 32-ci ildönümü Bərdədə böyük təntənə ilə qeyd edilib.

“İki sahil” xəbər verir ki, konfransdan əvvəl tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad ediblər.

Konfransda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və dövlətimizin suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Konfransda YAP Bərdə rayon təşkilatının sədri Faqət xanım Şadlinskaya geniş məruzə ilə YAP Bərdə rayon təşkilatının çoxminli üzvlərini bayram münasibətilə təbrik edib, Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, onun rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının ətrafında xalqın birliyindən danışıb, bu gün də Müzəffər Lider cənab İlham Əliyevin Sədrliyində Yeni Azərbaycan Partiyasının məram və məqsədinin xalqın arzuları ilə eyni məcrada addım-addım reallığa çevrildiyini bildirib. Qeyd edib ki, torpaqlarımızın işğaldan azad olunması ilə böyük Qələbəni bizə bəxş edən xalq-iqtidar-ordu birlyinin möhkəmliyi nəticəsində dövlətimizin suverenliyi bərpa edilib. Sədr Faqət Şadlinskaya bildirib ki, bugün YAP rayon təşkilatı 13 minə yaxın üzvü birləşdirir. Onlardan 6786 nəfəri qadın, 1236 nəfəri gəncdir. Sədr dövlət əhəmiyyətli tədbir və kompaniyalarda YAP Bərdə rayon təşkilatının bütün üzvlərinin rolundan danışaraq onlara təşəkkür edib.

Konfransda çıxış edən Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Müzəffər Lider cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Azəırbaycanın əldə etdiyi böyük Zəfərlərdən, Qələbələrdən, ölkəmizin və dünyanın siyasi sistem sferasında Yeni Azərbaycan Partiyasının yerindən və rolundan danışıb. YAP Bərdə rayon təşkilatının çoxminli üzvlərinin rayonun bütün həyatında əhəmiyyətli rol oynadıqlarını xüsusi qeyd edib.

Konfransda çıxış edər YAP fəalları şəhid anası Arzu Hüseynzadə, YAP-ın ilk üzvlərindən Rzaqulu Şərifov, sayca ən çox YAP üzvlərini özündə birləşdirən ərazi partiya təşkilatlarının rəhbərləri, gənc yaşda işlədikləri kollektivdə böyük uğurlar qazanan Qurban Məmmədov, Vüsal Məmmədov, Fərid Haçıyev çıxış edərək böyük uğurlara, Qələbələrə imza atan YAP-ın üzvü olmaqdan qürur duyduqlarını bildiriblər.

Konfransda YAP fəallarından bir qrupuna rayon təşkilatının Fəxri fərmanları, yeni üzv olanlara üzvlük vəsiqələri, bir qrup yubilyara və gənc fəallara rayon təşkilatının qiymətli hədiyyələri və döş nişanları təqdim edilib.

Konfrans Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə nümayəndəliyinin təşkil etdiyi konsert poqramı ilə başa çatıb.