04 sentyabr 2026 12:05
95

Güzəştli mənzil layihəsindən yararlanan ailələrin sayı açıqlanıb

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən bu günə kimi 11 güzəştli mənzil layihəsi tamamlanıb və artıq 12 minə yaxın ailə mənzillə təmin olunub.

“İki sahil” xəbər verir ki, bu sözləri MİDA-nın aparat rəhbəri Cəmşid Əmirov Lənkəran, Şirvan və Yevlax Yaşayış Komplekslərində mənzillərin güzəştlə satışı prosesinin müşahidə edilməsi çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, agentliyin fəaliyyəti təkcə Bakı şəhərini əhatə etmir.

“Paytaxtın Hövsan qəsəbəsində, Abşeron rayonunun Saray qəsəbəsində və Naxçıvan şəhərində də layihələr reallaşdırılıb”, - deyə o diqqətə çatdırıb.