12 mart 2025 21:23
112

Albaniya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Albaniya Respublikasının Prezidenti Bayram Beqay Xll Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə martın 12-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

“İki sahil” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniya Prezidenti Bayram Beqayı xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.