Cenevrə şəhərində Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI) gender bərabərliyinə həsr olunmuş illik konfransı keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, konfransda Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin (CEDAW) üzvü Elgün Səfərov video müraciətlə çıxış edib.
E.Səfərov dünyada baş verən münaqişələrin qadın hüquqlarının təmininə ciddi təsir göstərdiyini bildirib. O çıxışında müharibələr nəticəsində minalardan əziyyət çəkmiş mülki əhali, əsir və itkin düşmüş insanlar, xüsusilə qadın və uşaqların taleyindən bəhs edib. Eyni zamanda Dayanıqlı İnkişaf Məqsədləri, gender bərabərliyinin təmin edilməsi və insan hüquqlarının vacibliyindən danışıb.
Qeyd edək ki, tədbirdə dünyanın müxtəlif ölkələrindən milli insan hüquqları təsisatlarının rəhbər və nümayəndələri, habelə beynəlxalq təşkilatların təmsilçiləri və ekspertlər iştirak edib.
Binəqədi şosesində Mehdiabad yolu və Nicat Mustafayev küçəsində hərəkət dəyişir VİDEO
YAP Ağdaş rayon təşkilatında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib