ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbst Rusiya prezidentinin atəşkəs üçün bir şərt irəli sürə biləcəyini iddia edib.
“İki sahil” xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Onun fikrincə, Rusiya lideri ABŞ-ın planını dəstəkləyə bilər, lakin atəşkəsin Kursk vilayətinin ukraynalılar tərəfindən ələ keçirilən hissəsinə şamil edilməməsini tələb edəcək.
“Moskva öz kursuna sadiq qalmağa davam edəcək, onda Tramp administrasiyası nə deyəcək? – deyə, Con Herbst qeyd edib.