ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2025-ci il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu dəyişməz saxlayıb.
Bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın mart ayı üzrə açıqladığı məlumatda qeyd edilib.
EIA-nın yenilənmiş məlumatlarına əsasən, bu il Azərbaycanda neft hasilatı sutkada 630 min barel təşkil edəcək (fevral ayı proqnozu - 630 min barel).
Bu ilin birinci rübündə neft hasilatının sutkada 600 min barel olacağı gözlənilir. Fevral ayında həmin rüb üçün verilən proqnoz 610 min barel olub.
Bu ilin ikinci rübündə neft hasilatının sutkada 630 min barel olacağı gözlənilir. Ötən ay bu ilin ikinci rübü üçün verilən proqnoz isə eyni olub.
Bu ilin üçüncü və dördüncü rüblərində neft hasilatının sutkada 640 min barel olacağı gözlənilir. Fevralda həmin rüblər üçün verilən proqnoz da eyni olub.
Xatırladaq ki, 2024-cü ilin birinci rübündə neft hasilatı sutkada 600 min barel, ikinci və üçüncü rüb üçün 590 min barel, dördüncü rübdə isə 600 min barel təşkil edib.
EIA-nın məlumatına görə, 2024-cü ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 600 min barel səviyyəsində olub.
“Report”