10 mart 2025 23:19
103

Rusiya Prezidenti Azərbaycan Milli Məclisinin sədrini “Dostluq” ordeni ilə təltif edib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edib.

“İki sahil” xəbər verir ki, Rusiya dövlət başçısının Fərmanı 2025-ci il martın 10-da dərc olunub. Sənəddə qeyd olunur ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsində xidmətlərinə görə təltif edilib.