10 mart 2025 00:11
106

Əl-Şaraa: Suriya hakimiyyəti ölkənin vətəndaş müharibəsinə cəlb olunmasına imkan verməyəcək

Suriyanın yeni hakimiyyətləri heç bir xarici qüvvələrin və ya yerli partiyaların ölkəni vətəndaş müharibəsinə sürükləməsinə imkan verməyəcək.

İki sahil” xəbər verir ki, bunu Ərəb Respublikasının keçid dövrü üzrə prezidenti Əhməd əl-Şaraa ölkənin qərbində vəziyyətin pisləşməsini şərh edərkən deyib.

"Bu gün biz yeni təhlükə ilə üz-üzəyik. Bu, əvvəlki rejimin qalıqları və onların arxasında duran xarici qüvvələrin ölkəmizi parçalamaq, birliyini və sabitliyini pozmaq məqsədi ilə yeni nifaq salmaq, ölkəmizi vətəndaş müharibəsinə sürükləmək cəhdidir", - Əl-Şaraa öz ofisinin Teleqram kanalında yayımladığı videomüraciətdə bildirib.

Dəməşqdəki yeni administrasiyanın rəhbəri söz verib: "Suriya möhkəm qalacaq və biz heç bir xarici qüvvələrin və ya yerli tərəflərin onu xaosa və ya vətəndaş müharibəsinə sürükləməsinə imkan verməyəcəyik".

Məhərrəm Ağalaroğlu, “İki sahil”