23 fevral 2025 11:12
115

Türkiyədə kartla ödəniş 1,61 trilyon lirəyə çatıb

Türkiyənin Banklararası Kart Mərkəzinin (BKM) məlumatlarına görə, yanvar ayında kredit kartları, debet kartları və qabaqcadan ödəniş kartları ilə edilən ümumi ödəniş məbləği ötən ilin eyni dövrü ilə müqaisədə 66 % artaraq 1,61 trilyon lirəyə çatıb.

BKM yanvar ayı üzrə məlumatlarına əsasən Türkiyədə kredit kartlarının sayı 130,2 milyon, debet kartlarının sayı 195,6 milyon, qabaqcadan ödənişli kartların sayı isə 113,1 milyon ədəd olub.

Ötən ilin yanvar ayı ilə müqayisədə kredit kartlarının sayında 9 faiz, debet kartlarının sayında 3 faiz, öncədən ödənişli kartların sayında isə 24 faiz artım olub.

Kartların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artaraq 438,9 milyon ədədə çatıb. Yanvar ayında kredit kartları, debet kartları və qabaqcadan ödəniş kartları ilə edilən ödənişlərin ümumi məbləği əvvəlki ilin eyni dövrünə görə yüzdə 66 artaraq 1,61 trilyon lirəyə çatıb.

Kart ödənişlərinin 1 trilyon 366,5 milyard lirəsi kredit kartları ilə edilib, 207,8 milyard lirəsi debet kartları, 32,4 milyard lirəsi isə əvvəlcədən ödənilmiş kartlarla olub.

Kredit kartları ilə edilən ödənişlərdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə artım tempi 69 faiz, debet kartları ilə edilən ödənişlərdə 47 faiz, əvvəlcədən ödənişli kartlarla edilən ödənişlərdə isə bu nisbət 78 faiz olub.

Orxan Vahidoğlu, "İki sahil"