21 fevral 2025 18:26
140

İmamoğlu prezidentliyə namizədlik üçün müraciət etdi

İstanbul Böyük Şəhər Bələdiyyəsinin bələdiyyə sədri Əkrəm İmamoğlu Cümhuriyyət Xalq Partiyasında (CHP) ilkin seçki ilə müəyyənləşəcək olan prezidentliyə namizədlik üçün ərizəsini təqdim edib.

“İki sahil” xəbər verir ki, Əkrəm İmamoğlu petisiyaya imza atdığı anları sosial media hesabında paylaşıb.

“Bu gün yeni başlanğıcın ilk addımını atdım və üzvü olmaqdan şərəf duyduğum Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi olmaq üçün rəsmi ərizəmi verdim”, - o, paylaşımda yazıb.