22 fevral 2025 12:32
116

Pentaqon mülki işçilərin 5-8%-ni ixtisar etməyi planlaşdırır

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) mülki işçilərinin 5-8 faizini ixtisar etmək planlarını açıqlayıb.

İki sahil” CNN-ə istinadla xəbər verir ki, Pentaqonun şəxsi heyət və döyüş hazırlığı üzrə müşaviri Darin Selnik qənaət tədbirləri çərçivəsində qurumda gözlənilən ixtisarlarla bağlı açıqlama verib.

Selnik qeyd edib ki, Pentaqonda təxminən 950 min mülki işçi var və səmərəliliyi artırmaq və qüvvələri döyüş hazırlığına yenidən yönəltmək üçün 5-8 faiz işdən çıxarılacaq.

Selnik, "kritik vəzifələrdə olmayan" və həftə ərzində sınaq müddətində olan 5,400 işçini işdən çıxarmağı gözlədiklərini söyləyib və əlavə edib ki, kadr ehtiyaclarının əlavə qiymətləndirilməsi aparıldıqdan sonra daha çox mülki işçi işdən çıxarıla bilər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”