21 fevral 2025 00:03
158

ABŞ Ukraynaya silah satışını dayandırıb?

Amerika Birləşmiş Ştatlarının bəzi şirkətləri Ukraynaya silah satışını dayandırıb.

“İki sahil” “UNIAN“a istinadla xəbər verir ki, bunu ölkənin milli müdafiə və kəşfiyyat komitəsinin sədri Roman Kostenko məlumat verib.

“Məndə olan məlumata görə, ABŞ-dan Ukraynaya satılan silahların tədarükü dayandırılıb. Bu silahları bura ötürməli olan şirkətlər indi gözləyirlər, çünki hələ qərar yoxdur”, - Kostenko qeyd edib.