“İctimai TV”də yayımlanan “Səs Azərbaycan” müsabiqəsində kövrək anlar yaşanıb.
“İki sahil” xəbər verir ki, iştirakçı Nofəl Aslanov babasının ölümünə baxmayaraq, səhnəyə çıxıb.
“Bu sabah məni böyüdən babam vəfat etdi. Səhərə qədər məsciddə olmuşam. Buna baxmayaraq, indi səhnədə mahnı oxudum”, - deyə o bildirib.
Qeyd edək ki, Nofəl “Ay gecikən məhəbbətim” mahnısı ilə yarışıb. Müsabiqə zamanı Xalq artisti Zülfiyyə Xanbabayevanı seçib.
Qeyd edək ki, N. Aslanov ikinci dəfədir “Səs Azərbaycan”da iştirak edir.
Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır
MEMİM-in “Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib
Naxçıvan Dövlət Kukla Teatrı III Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək