Fevralın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Rumıniyanın xarici işlər naziri Emil Hurezeanu ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan və Rumıniya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, habelə regional və beynəlxalq gündəlikdə duran mövzular müzakirə olunub.
Nazir Ceyhun Bayramov Emil Hurezeanunun Rumıniyanın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə səmimi təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.
İkitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun əhəmiyyəti və rolu qeyd olunub. Münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına hazırlıq ifadə olunub.
Azərbaycan və Rumıniya arasında iqtisadiyyat, enerji, ticarət, humanitar, təhsil, kənd təsərrüfatı, turizm və s. istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunub.
Xüsusilə, yaşıl enerji sahəsindəki tərəfdaşlığın əhəmiyyəti vurğulanıb, nəqliyyat və logistika kimi istiqamətlərdə, xüsusilə “Orta Dəhliz” üzrə əməkdaşlığın inkişafının əməkdaşlığımıza əlavə töhfə verə biləcəyi diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin bölgəmizdə postmünaqişə dövründə mövcud vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri müzakirə edilib.
Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
Əliyev Yeltsinlə niyə görüşmüşdü? Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Azərbaycan Prezidenti: Biz istəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək
Prezident İlham Əliyev: Bizdə kriminogen vəziyyət tamamilə nəzarət altındadır