Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə investorlar üçün Azərbaycanda maraq doğuran məqamları açıqlayıb.
“İki sahil” xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: “Transmilli maraqlara xidmət edən infrastruktur. İlk növbədə, nəqliyyat, logistika, fiziki infrastruktur və proqram təminatı infrastrukturu. Bir çox körpülər, limanlar və gəmilər tikə bilərik. Amma biz rəqəmsallaşma, gömrük administrasiyası ilə bağlı müasir trendlərlə ayaqlaşmırıqsa və yükdaşımaların emal prosedurunu daha da asan etməsək uduzacağıq. Digər məsələ, elektrikötürmə xətləridir və burada çox böyük potensial var”.
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT
Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə
YAP Sədrinin müavini ilə Çinin Azərbaycandakı səfiri arasında görüş keçirilib - FOTO