Xalq artisti Röya Ayxan 14 Fevral “Sevgililər Günü”ndə yeni işini təqdim edib.
“İki sahil” xəbər verir ki, bu il səhnə fəaliyyətinin 25 illiyini qeyd edən müğənni “Elə bilmə” adlı mahnısı üçün obyektiv qarşısına keçib.
Mahnının sözləri Orxan Mürvətli, musiqisi Tərlan Məmmədhüseynova məxsusdur. Klipin rejissorluğunu Röyanın qardaşı İsmail Zade edib. Klipin üzərində Türkiyədən olan peşəkar komanda çalışıb. Bütün geyimlər və aksessuarlar xüsusi olaraq hazırlanıb.
Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır
MEMİM-in “Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib
Naxçıvan Dövlət Kukla Teatrı III Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək