13 fevral 2025 22:09
86

Paşinyan Almaniyaya gedib

Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 13-16-da Almaniyanın Münhen şəhərində işgüzar səfərdə olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, o, Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edəcək.

Konfrans çərçivəsində Nikol Paşinyanın xarici həmkarları ilə bir sıra görüşlər keçirəcəyi bildirilir.